Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Elmira Süleymanova ABŞ-ın ölkəmizdəki səfirini qəbul edib
11.03.11 02:51

Ombudsman Elmira Süleymanova ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayzanı onun xahişi ilə qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə E.Süleymanova qonağın təmsil etdiyi səfirliklə insan hüquqları sahəsində qarşılıqlı əlaqələrini davam etdirilməsinin əhəmiyyətini söyləyib və gələcək əməkdaşlığın prioritetləri müəyyənləşdirilib. O, bu günlərdə Milli Məclisdə növbəti İllik məruzə ilə çıxış etdiyini, məruzənin böyük səs çoxluğu ilə qəbul edildiyini bildirib, fəaliyyətində dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti ilə bərabər, beynəlxalq təşkilatlar və xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə əməkdaşlığa da önəm verdiyini bildirib. Həyata keçrilən bir sıra məsələlər barədə qonağa məlumat verən E.Süleymanova ötən ilin dekabrında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa Müvəkkilin milli preventiv mexanizm kimi fəaliyyətinin tənzimlənməsi, eyni zamanda “İnformasiya əldə etmək haqqında” Qanununda nəzərdə tutulan tələblərə nəzarətin həyata keçirilməsi üzrə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar layihənin Milli Məclisdə birinci oxunuşda qəbul edildiyini, yaxın günlərdə Ombudsmana həvalə edilən yeni vəzifələrin həyata keçirilməsi perspektivləri ilə bağlı jurnalistlərlə birgə müzakirələrin keçiriləcəyini bildirib. M.Brayza Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərdiyini, böyük təcrübəyə malik olduğunu, onunla qarşılıqlı fikir və məlumat mübadiləsi aparmaqda maraqlı olduğunu bildirib. O, müvəkkilin fəaliyyətinin əsas istiqamətləri, həbsdə olan Eynulla Fətullayevin, həmçinin həbs olunan Bəxtiyar Hacıyevin hüquqlarının təmini vəziyyətinin monitorinqi istiqamətində Ombudsmanın həyata keçirdiyi fəaliyyətlə maraqlanıb.
URL / WWW
http://kelam.az/article/a-3152.html