Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyənin ABŞ-dakı səfiri: “İnanıram ki, Dağlıq Qarabaq münaqişəsi tezliklə həll olunacaq”
09.03.11 20:10

Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını istisna etmir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, diplomat bu sözləri Con Hopkins Universitetində çıxışında bildirib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi regionda ümumi vəziyyətə təsir edir və region ölkələrinin inkişafına mane olur. “Biz ATƏT-in Minsk qrupunun səyləri dəstəkləyirik. Minsk qrupuna daxil olan ölkələr bu məsələ ilə ciddi məşğul olur”,-deyə N Tan əlavə edib. N. Tan münaqişənin yaxın vaxtlarda həll olunacağına inandığını bildirib. Türkiyənin səfiri həmçinin erməni-türk münasibətlərinə toxunaraq vurğulayıb ki, iki ölkə arasında problemlərin həlli Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasından sonra mümkün olacaq.
URL / WWW
http://kelam.az/article/a-3149.html