Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Jurnalist Qadınlar Assosiasiyası jurnalistləri mükafatlandırıb
09.03.11 20:10

Bu gün Jurnalist Qadınlar Assosiasiyasının (JQA) təşkilatçılığı ilə jurnalistlərin mükafatlandırma mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, JQA sədri Sevil Yusifova jurnalistlərin 12 ildir mükafatlandırıldığını və bu halən artıq bir ənənəyə çevrildiyini qeyd edib. S.Yusifova bildirib ki, JQA mətbuata açıq münasibətinə və jurnalistikaya verdiyi töhvələrə görə KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlini, AzərTac-ın əməkdaşı Bəhruz Eyvazlını, jurnalist Dilarə Vəkilovanı, millət vəkili Fazil Qəzənfəroğlunu və “Kaspi” qəzetini diplomla təltif edib. Tədbirdə həmçinin ilin jurnalisti, aparıcısı, reportyoru nominasiyaları üzrə bir çox jurnalistlər JQA-nın diplomu ilə mükafatlandırılıb. KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli JQA-nın təşəbbüsünü yüksək qiymətləndirib. O, qadın jurnalistlərin məsuliyyətini alqışlayaraq onları bir daha təbrik edib. “Kaspi” qəzetinin direktoru Sona Vəliyeva jurnalistləri həmrəy olmağa dəvət edib: “Harada işləməyindən asılı olmayaraq, gəlin vətəndaş mövqeyimizi itirməyək. Bu zaman cəmiyyətin bizə verdiyi qiymət də yüksək olacaq”. Millət vəkilləri Musa Qasımlı və Fazil Qəzənfəroğlu da JQA-nın bu təşəbbüsünü alqışlayıblar.
URL / WWW
http://kelam.az/article/a-3147.html