Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » KİV DF Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində görüş keçirəcək
10.03.11 02:08

Sabah Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində tələbələrlə ölkənin aparıcı media qurumlarının rəhbərləri arasında görüş keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya KİV DF-dən veriblər. Tədbirin əsas məqsədi jurnalistika fakültəsində təhsil alan istedadlı tələbələrə qəzet redaksiyalarında təcrübə keçmək və gələcəkdə işlə təmin olumaları üçün şərait yaratmaqdır. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Bakı Slavyan Universitetin rektoru Kamal Abdulla, Mətbuat Şurasının sədri Əflatun Amaşov və 20-dən artıq qəzet rəhbərlərinin iştirakı gözlənilir. Qeyd edək ki fevralın 23-də analojı tədbir Bakı Dövlət Universitetində keçirilmişdi. BDU-nun jurnalistika fakültəsinin 20-dən çox tələbəsi artıq qəzet redaksiyalarında işə başlayıblar.
URL / WWW
http://kelam.az/article/a-3145.html