Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » MDB-də narkotiklərlə mübarizə üzrə mərkəz yaradılacaq
10.03.11 02:08

Bu gün Rusiya prezidenti Dmitriy Medvedev “Azərbaycan, Qazaxstan, Qırğızıstan, RF, Tacikistan, Türkmənistan və Özbəkistan arasında Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya regional informasiya Koordinasiya Mərkəzinin yaradılması haqqında Sazişin ratifikasiyası haqqında” Federal Qanunu imzalayıb. KƏLAMİNFO Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Federal qanun cari ilin fevralın 22-də Dövlət Duması və martın 2-də Federasiya Şurası tərəfindən qəbul edilib. Sənədə uyğun olaraq, Astanada yerləşəcək Mərkəz narkotiklərin qanunsuz dövriyyəsilə mübarizə üzrə daimi fəaliyyət göstərən dövlətlərarası orqandır və narkotiklərin qanunsuz dövriyyəsilə bağlı transsərhəd cinayət üzrə informasiyanın toplanması, qorunması, təhlili və mübadiləsini təmin edir.Mərkəzin rəsmi və işçi dili rus dilidir. Mərkəz Saziş tərəflərinin, donor dövlətlərin (Böyük Britaniya, İtaliya, Kanada, Lüksemburq, ABŞ, Türkiyə, Finlyandiya, Fransa və Çexiya) ödəmələri, eləcə də beynəlxalq təşkilatların yardımı hesabına maliyyələşəcək. Mərkəzin nəzərdə tutulan ümumi büdcəsi 15,4 mln. dollar təşkil edir.
URL / WWW
http://kelam.az/article/a-3144.html