Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: “ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndəsi obyektiv və təcrübəli şəxs olmalıdır”
09.03.11 20:08

“ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndəsinin təyin olunması qurumun sədrinin səlahiyyətində olan məsələdir. Azərbaycan tərəfinin isə mövqeyi ondan ibarətdir ki, yeni təyin olunacaq nümayəndə obyektiv insan olsun”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.B.Muradova bildirib ki, Azərbaycan nümayəndə heyəti tərəfindən bu məsələ təşkilatın qış sessiyasında müzakirə olunub. Onun sözlərinə görə, xüsusi nümayəndəni ATƏT PA-nın sədri müəyyən edəcək. “Hesab edirik ki, bu vəzifəyə çox obyektiv və təcrübəli bir şəxs təyin olunmalıdır. Eyni zamanda, yeni xüsusi məruzəçiyə hər iki tərəfin, o cümlədən qurumun rəhbərinin inamı olmalıdır. Bildiyiniz kimi may ayında ATƏT PA-nın sədrinin Bakıya səfəri gözlənilir və həmin səfər ərəfəsində yeni xüsusi nümayəndənin kimliyi məlum ola bilər. Fikrimcə, ilk yarımildə bu təyinat müəyyənləşəcək”,- deyə vitse-spiker vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3143.html