Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Almaniyada Abdulla Şaiqin anadan olmasının 130 illiyi anılıb
07.03.11 19:53

Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Azərbaycan Kültür Ocağında Beynəlxalq Ana Dili Günü çərçivəsində “Uşaqların və gənclərin sevimli yazıçısı” adlı tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Tədbir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi pedaqoq Abdulla Şaiqin anadan olmasının 130 illiyinə həsr edilib. Kültür Ocağının üzvləri Reyhan Qasımova və Naibə Hantelin birgə hazırladıqları məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. R.Qasımova yazıçı-şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib, A.Şaiqin fəaliyyətini və ailə həyatını əks etdirən foto-şəkillər iştirakçıların diqqətinə çatdırılıb. A.Şaiqin uşaqların ifasında səslənən şeirləri alqışlarla qarşılanıb. Daha sonra şairin əsəri əsasında çəkilmiş “Tülkü həccə gedir” cizgi filmi nümayiş etdirilib.
URL / WWW
http://kelam.az/article/a-3138.html