Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA Naxçıvan Bölməsinin Elmi kitabxanasında 10230 nüsxə kitab kataloqlaşdırılıb
07.03.11 19:53

AMEA-nın Naxçıvan Bölməsinin Elmi kitabxanasında 2005-ci ildən bu vaxta qədər 10230 nüsxə kitab kataloqlaşdırılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı elmi kitabxananın direktoru Nuridə Kəngərli söyləyib. Fəaliyyəti dövründə kitabxanaya 32108 nüsxə Azərbaycan və rus dillərində kitabın daxil olduğunu diqqətə çatdıran N.Kəncərli qeyd edib ki, həmin kitabların 9030-u prezident İlham Əliyevin Sərəncamı əsasında latın qrafikası ilə çap olunub. Onun sözlərinə görə, hazırda kitabxanada ümumi həcmi 3209 nüsxə təşkil edən ingilis, türk, ərəb və fars dillərində kitab və jurnallar oxucuların xidmətindədir. Ümumi jurnal fondu isə cəmi 17645 nüsxədir. O, kitabxanada respublikamızda müdafiə olunan bütün namizədlik və doktorluq dissertasiyalarının avtoreferatlarının, həmçinin də dissertasiyaların sistemli kataloqunun da təşkil olunduğunu söyləyib. Onun sözlərinə görə, avtoreferatların sayı artıq 3013 nüsxə, dissertasiyalar isə 32 nüsxə təşkil edir.
URL / WWW
http://kelam.az/article/a-3137.html