Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » E.Axundova: “Son vaxtlar bəzi media orqanları məqsədli şəkildə mənim çıxışlarımı təhrif edirlər”
08.03.11 01:51

“Bəzi media orqanları var ki, son vaxtlar mütəmadi olaraq mənim çıxışlarımı və açıqlamalarımı təhrif edirlər”. KƏLAMİNFO xəbər verir ki, bu barədə millət vəkili Elmira Axundova bildirib. O, hesab edir ki, son günlər bunun belə mütəmadi hal alması prosesin məqsədli şəkildə olması ehtimalını gücləndirir. “Bunun arxasında müəyyən məqsədli insanlar dururlar. Mən artıq buna şübhə etmirəm. Mən hələ ki, onların adlarını çəkmək istəmirəm, lakin, həmin mətbuat vasitələri demək olar ki, son bir neçə həftədə bütün çıxışlarımı təhrif edirlər”,-deyə millət vəkili vurğulayıb. E.Axundova bildirib ki, bununla digər həmkarları da üzləşə bilərlər və çox yaxşı olardı ki, parlamentin özünün kiçik bir televiziya kanalı olsun. “Bununla bağlı bir qrup həmkarlarımızla birgə təklif hazırlamaq niyyətindəyik. Əgər bu alınmazsa, AZTV-nin rəhbəri Arif Alışanova müraciət edəcəyik. Çünki, bu gün parlamentin iclasını tam qərəzsiz işıqlandırmaq üçün müstəqil telekanal lazımdır. Heç olmasa yeni açılmış Mədəniyyət kanalında gün ərzində iki saat millət vəkillərinin çıxışları və müzakirələr efirə verilsin”,-deyə deputat bildirib.
URL / WWW
http://kelam.az/article/a-3136.html