Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin deputatları AŞPA komitələrinin iclaslarında iştirak edəcəklər
07.03.11 19:51

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev bir sıra tədbirlərə qatılmaq üçün sabah Parisə səfər edcəklər. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, deputatlarımız öncə AŞPA komitələrinin iclaslarında iştirak edəcək, Parlament Assambleyasında islahatlar barədə fikirlərini bölüşəcəklər. Qurumun Siyasi işlər komitəsində “Səsvermə hüququ üçün yaş həddinin 16-ya endirilməsi yolu ilə demokratiyanın təşviqi”nə dair müzakirələr aparılacaq. Belarusda, Tunisdə və Yaxın Şərqdə vəziyyət araşdırılacaq. İclasda Əfqanıstandan ixrac edilən narkotik maddələrin Avropa üçün təhlükəsi, həmçinin İranın nüvə proqramı məsələlərinə də baxılacaq. Daimi komitədə Aralıq dənizi bölgəsində ətraf mühitin mühafizəsi, Rodos və Kos adalarının türk mənşəli əhalisinin vəziyyəti, biometriyanın insan hüquqlarına təsiri, eləcə də qadınlara qarşı zorakılıqla mübarizə məsələləri gündəmdə olacaq.
URL / WWW
http://kelam.az/article/a-3134.html