Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » B.Aras: “Türkiyənin Cənubi Qafqaz siyasətində Azərbaycanının xüsusi yeri var”
07.03.11 19:51

Türkiyə ilə Azərbaycan qardaş dövlətdir və hazırda rəsmi Ankaranın Cənubi Qafqaz regionundakı siyasətində Azərbaycanının xüsusi yeri var. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Türkiyə Xarici İşlər Nazirliyi (XİN) nəzdində Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Bülənt Aras söyləyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlində Türkiyənin mövqeyi və hansısa töhfəsinə münasibət bildirən B.Aras qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və Dağlıq Qarabağ münaqişəsin həlli istiqamətindəki aparılan danışıqlarda ölkəsi Azərbaycanın lehinədir. Münaqişənin həll olunmasının ATƏT-in Minsk qrupunə həvalə edildiyini xatırladan B.Aras Türkiyənin də problemin tezliklə aradan qaldırılmasında maraqlı olduğunu vurğulayıb. Turkiyə ilə Ermənistan arasında imzalanan protokola toxunan B.Aras hazırda bu protokolun dondurulduğunu xatırladıb.
URL / WWW
http://kelam.az/article/a-3132.html