Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan və Türkiyənin Strateji Araşdırmalar mərkəzləri arasında Memorandum imzalanıb
08.03.11 01:48

Bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) nəzdində Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlığa dair Memorandum imzalanıb. KƏLAMİNFO xəbər verir ki, Memorandumu Azərbaycan tərəfdən SAM-ın direktor əvəzi Gülşən Paşayeva, Türkiyə tərəfdən isə SAM-ın rəhbəri Bülənt Aras imzalayıblar. SAM-da baş tutan tədbirdə çıxış edən G.Paşayeva bildirib ki, sənəddə beynəlxalq münasibətlər, xarici siyasət, beynəlxalq və regional təhlükəsizliyə dair qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, sənəddə həmçinin birgə toplantıların, görüşlərin keçirilməsi, araşdırmalar, elmi-tədqiqat işlərinin aparılması, habelə müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub. B.Aras isə qeyd edib ki, Türkiyə ilə Azərbaycanı maraqlandıran bir sıra məsələlər var və onlar ətrafında müzakilərlər aparılılır. İki ölkə arasında müxtəlif sahələrdə iş birliyinin şaxələndirilməsinin vacibliyinə toxunan B.Aras imizalanan Memorondumun da bu iş birliyinin genişlənməsi və qarşılıqlı maraq doğuran məsələlərin həyata keçirilməsinə öz töhfəsini verəcəyinə əminliyini söyləyib.
URL / WWW
http://kelam.az/article/a-3130.html