Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ali təhsilin “bakalavr” pilləsi “bakalavriat”la əvzlənib
04.03.11 20:40

Nazirlər Kabineti “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”nın təsdiq edilməsi haqqında” müvafiq qərarına əlavə və dəyişikliklər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirlər Kabinetindən veriblər. Dəyişiklik Təhsil və Səhiyyə nazirliklərinin təklifləri nəzərə alınaraq edilib. Əlavə və dəyişikliyə əsasən “bakalavr pilləsi” sözləri “bakalavriat səviyyəsi” sözləri ilə əvəz edilib. “Təhsil haqqında” Qanunun “Humanitar və sosial ixtisaslar qrupu” bölməsində “Filologiya’ sözündən sonra “(dil və ədəbiyyat göstərilməklə)” sözləri əlavə edilib. “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsindən “139. 050802 Pediatriya” və “145. 050808 Tibbi biologiya” rəqəmləri və sözləri çıxarılıb, “140-144” və “146-150” rəqəmləri müvafiq olaraq “139-143” və “144-148” rəqəmləri hesab edilib. “Müalicə işi”, “Hərbi həkim işi”, “Tibbi profilaktika”, “Stomatologiya” sözlərindən sonra “*” işarəsi və cədvəldən sonra “* Bu ixtisaslar üzrə həkim hazırlığı aparılır” cümləsi əlavə edilib.
URL / WWW
http://kelam.az/article/a-3129.html