Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAMF internet-medianın monitorinqini başa çatdırıb
04.03.11 20:40

Söz Azadlığını Müdafiə Fondu (SAMF) internet-medianın fəaliyyəti ilə bağlı bir ay ərzində həyata keçirdiyi monitorinqi yekunlaşdırıb. SAMF-dan KƏLAMİNFO-ya verilən məlumata görə, monitorinq “Lent.az”, “Mediaforum.az”, “Modern.az”, “Milli.az”, “Qafqazinfo.az” və “Qaynar.info” xəbər portallarının üzərində reallaşdırılıb. Monitorinq zamanı SAMF-ın ekspert qrupu gündə 5 dəfə olmaqla adıçəkilən resursların virtual məkandakı fəaliyyətini araşdırıb. Monitorinq nəticəsində məlum olub ki, ən müasir KİV sahəsi kimi, internet-media ölkə əhalisinin informasiya ilə təminatında bir sıra uğurlara imza atıblar.Belə ki, onlar KİV-lər kimi oxucuların informasiyaya olan tələbatının ödənməsi baxımından sələflərini belə qabaqlayaraq medianın operativlik təşəbbüsünü öz əllərinə ala biliblər. Ancaq bir sıra digər media qurumlarındakı kimi internet-medianın səhifələrində Azərbaycan dilinin tələblərinin pozulmasına az hallarda rast gəlinir. Saytlarda bir çox hallarda materialdan digərinin istifadə etməsi, bəzi hallarda hətta yazıların mənbəyi belə göstərilmədən təkrarlanması halları da var ki, bu da özünü yeni medianın intensiv inkişafına mane olur. Eyni zamanda qüsurlar sırasında internet saytlarında sözlərin yazılışında orfoqrafiq xətaları da qeyd etmək lazımdır. Bu səhvlər informasiyaları kütləvi şəkildə əhatə etməsə də, tez-tez təkrarlanır. Qeyd edək ki, monitorinqin keçirilməsində məqsəd internet-portalların fəaliyyətlərinin mövcud durumunu öyrənmək, onların problemlərini üzə çıxarmaq, tanınmış ekspert və media mütəxəssislərinin rəyi əsasında bu problemlərin həlli yollarını müəyyən etməkdir.
URL / WWW
http://kelam.az/article/a-3128.html