Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycanın bir qrup təhsil işçisi Gürcüstanda olub
05.03.11 02:40

Bu günlərdə Gürcüstanın Batumi şəhərində Almaniyanın Konrad Adenauer Fondu və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Demokratiya sizinlə başlayır” layihəsi çərçivəsində müəllimlərin konfransı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Konfransda Azərbaycanı Bakıdakı 5, 238, 279 və 308 nömrəli, Gəncədəki 21 nömrəli, Astaradakı 1 və 2 nömrəli, Maşxan kənd, Qusar rayonundakı 6 nömrəli, Göyçaydakı 3 nömrəli orta məktəblərində çalışan 10 nəfər müəllim və Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Sevil Məmmədova təmsil ediblər. Gürcüstan və Ermənistandan dəvət olunan təhsil işçiləri, beynəlxalq mütəxəssislərin də qatıldığı tədbirdə layihə çərçivəsində görülən işlər, ölkəmizdə həyata keçirilən beynəlxalq layihələr, əldə edilən uğurlarla bağlı Azərbaycan nümayəndələrinin təqdimat və çıxışları dinlənilib. Üç gün davam edən konfransda layihə ilə bağlı problemlər və qarşıda duran vəzifələr də ətraflı müzakirə olunub.
URL / WWW
http://kelam.az/article/a-3127.html