Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Eldar Namazov: “Ölkədə korrupsiyaya qarşı mübarizənin bu qədər davamlılığı çox yaxşı haldır”
04.03.11 20:40

“Ölkədə korrupsiyaya qarşı mübarizənin bu qədər davamlılığı çox yaxşı haldır və çox yaxşı da olardı ki, bu mübarizə üçün ilk növbədə qanunvericilikdə də müəyyən dəyişikliklər edilin”. Bunları KƏLAMİNFO-ya müsahibəsində “Azərbaycan naminə” İctimai Forumun sədri, politoloq Eldar Namazov bildirib. Onun sözlərinə görə, bu cür ciddi mübarizə üçün mütləq qanunvericilikdə dəyişikliklər qaçılmazdır. “Eyni zamanda korrupsiya ilə mübarizə aparan xüsusi orqan yaradılmalıdır. İndki halda bu vacib amildir”,-deyə politoloq vurğulayıb. E.Namazov qeyd edib ki, korrupsiya ilə mübarizə inkişaf edərək hər bir strukturda yuxarıdan başlamalıdır. “Aşağıda hansısa 100-150 manat maaş alan adam 100 manat da rüşvət alırsa və o, tutulursa, bu, hələ korrupsiyaya qarşı mübarizə demək deyil. Güman edirəm ki, dövlət tərəfindən həyata keçirilən bu missiya yuxarılara da gedib çatacaq”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3126.html