Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Parlamentdə təklif: “Soçi görüşü də nəticəsiz olarsa Azərbaycan rəsmi olaraq Ermənistanla danışıqlardan imtina etməlidir”
04.03.11 20:40

Azərbaycan cəmiyyəti Soçidə prezidentlərin görüşündən çox şey gözləyir. Bütün beynəlxalq dairələrə məlumdur ki, Azərbaycan prezidenti danışıqlara güclü mövqe ilə gedir və onun 3 mart tarixində Müdafiə Sənayesi Nazirliyinin tədbirlərinə qatılması buna bir mesaj xarakteri daşıyır. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.O, qeyd edib ki Ermənistan əvvəlki kimi daxildə siyasi böhran, parçalanmış diaspora şəraitində zəif mövqedən yanaşır. “Təklif edirəm ki, bu danışıqlar da nəticəsiz olacaqsa Azərbaycan rəsmi olaraq danışıqlardan imtina etməsini gündəmə gətirsin və bundan sonra Qarabağ məsələsinin Rusiya ilə aparacağını bəyan etsin”,-deyə millət vəkili vurğulayıb. Onun sözlərinə görə, faktiki olaraq Rusiya münaqişənin əvvəlindən rol oynayıb. Buna səbəb kimi ötən ay Rusiya və Ermənistan prezidentlərinin baş tutan görüşüdür. “Artıq nəyə görə şərtləri Rusiya tərəfindən diqtə olunmuş 3-cü ölkə ilə danışıq aparaq? Bundan sonra danışıqları Rusiya ilə aparacağımızı bəyan etməliyik. Biz Rusiya ilə danışıqları aparmaqla Rusiyanın münaqişədə mövqeyini ortaya qoymuş olarıq”,-deyə millət vəkili vurğulayıb. Qeyd edək ki, sabah Azərbaycan, Ermənistan və Rusiya perzidentlərinin Soçidə növbəti- 8-ci görüşü baş tutacaq. Danışıqlarda əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq.
URL / WWW
http://kelam.az/article/a-3125.html