Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Qurbanlı: ““Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklikləri o qədər də vacib saymırıq”
04.03.11 20:40

“Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklikləri hazırda o qədər də vacib saymırıq. KƏLAMİNFO xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Mübariz Qurbanlı bildirib. O, qeyd edib ki, bununla belə sözügedən qanunla bağlı təkliflər olarsa, ona baxıla bilər. “Qüvvədə olan mövcud qanun 1992-ci ildə qəbul edilsə də, sənəd zaman-zaman təkmilləşdirilib. Ona görə də bunun yenidən işlənməsinə ehtiyac görmürük”,-deyə M.Qurbanlı vurğulayıb. M.Qurbanlı ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə Azərbaycan hakimiyyəti və siyasi partiyaların birgə keçirilməsi nəzərdə tutulan müzakirələrə də münasibət bildirib. Onun sözlərinə görə, belə müzakirələr elə parlamentdə hər iclas zamanı davam edir. “Burada müxtəlif siyasi partiyalar təmsil olunur və görürsünüz ki, diskussiyalar həmişə olur”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3124.html