Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Siyavuş Novruzov: “Qəbələ RLS hərbi baza deyil”
04.03.11 20:40

“Qəbələ RLS hərbi baza deyil, informatik məlumat xarakterli bir mənətəqədir. Ona görə də kiminsə ora qoşun toplaması və baza yaratması kimi fikirlər cşqkzvzcb əsassızdır”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib.O, qeyd edib ki, Qəbələ RLS-nin Rusiyada icarə vaxtının bitməsinə hələ bir il qalır və bir ildən sonra əgər hər hansı bir dövlətlə icarə barədə yenidən müqavilə bağlanacaqsa o müqavilə Milli Məclisdə təsdiq olunacaq. “Ona görə də indidən narahat olamq lazım deyil ki, kimsə ora qoşun gətirəcək, kimsə baza yaradacaq və burada hərbi təkmilləşdirmə işini aparacaq. Bu haqqda indidən hansısa informasiyaları şişirdilmiş formada cəmiyyətə təqdim etməməliyik. Bu gün Qəbələ RLS Azərbaycanındır və biz onu icarəyə vermişik”,-deyə millət vəkili vurğulayıb. S.Novruzov həmçinin deyib ki, son günlər xəbər dolaşır ki, Bakıya qoşun toplanır, kimlərsə hərbi dəstə yaradır və burada hansısa məmurların adı çəkilir. “Bununla ictimaiyyətdə ajiotaj yaradılır. Bütün bunlar məqsədli böhtandır. Çünki, Azərbaycanda möhkəm dövlət var, dövlətin ayrı-ayrı strukturları var və qanunun aliliyinə riayət olunmasına nəzarət olunur. Kim də qanundan kənara çıxacaqsa intizama dəvət olunacaq”,-deyəo, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3123.html