Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sədaqət Qəhrəmanova: “BMT Azərbaycanda həyata keçirilən gender siyasətini yüksək qiymətləndirir”
04.03.11 20:40

“Bu gün beynəlxalq aləmdə də gender, qadın məsələsinə çox güclü diqqət yetirilir. Artıq BMT kimi nüfuzlu bir beynəlxalq təşkilat Azərbaycanı inkişaf edən dövlət kimi görür və bu dövlətdə qadınlara qarşı münasibətin yüksək olmasını təqdir edir”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri yap.org.az saytına müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. S.Qəhrəmanova bildirib ki, Azərbaycan dövləti bu istiqamətdə beynəlxalq təcrübə ilə yaxından tanış olub. Onun sözlərinə görə, ölkəmiz qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya qoşulub. “Hər 4 ildən bir BMT-nin müvafiq komitəsi qarşısında hesabat veririk. Yeri gəlmişkən, bizim sonuncu, dördüncü hesabatımız da qurum tərəfindən çox yüksək qiymətləndirilib. Həmin hesabatın ardından bizə yeni tövsiyyələr də verilib”,- deyə o, qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-3122.html