Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DKMK-nın sədri Bəhram Xəlilov Çinin ölkəmizdəki səfiri ilə görşüb
04.03.11 20:40

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Can Yannyan ilə görüşüb. Bu bardə məlumatı KƏLAMİNFO-ya DQMK-dan veriblər. Görüş zamanı B.Xəlilov son dövrlər Azərbaycanda dövlət qulluğu sahəsində həyata keçirilən islahatlara toxunaraq dövlət qulluğuna qəbulun müsabiqə yolu ilə təşkilində tətbiq edilən yeniliklər və dövlət qulluqçularının etik davranış qaydaları barədə məlumat verib, bu sahələrdə əldə edilən uğurlardan danışıb. Sonra Çinin dövlət qulluğu sahəsində böyük təcrübəyə malik olduğunu bildirən Komissiya sədri bu sahədə iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini qeyd edib. Can Yannyan Komissiyanın fəaliyyətinin əhəmiyyətini vurğulayaraq vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini yüksək qiymətləndirib, eyni zamanda etik davranış qaydalarına riayət olunması və korrupsiyaya qarşı mübarizə sahəsində Çində görülən tədbirlər barədə məlumat verib. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan dövlət qulluqçularının Çində ixtisasartırma kursları keçməsi məsələsi də müzakirə olunub.
URL / WWW
http://kelam.az/article/a-3121.html