Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
05.03.11 02:40

Bu gün Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəməsinin növbəti Plenumu keçirilib. KƏLAMİNFO xəbər verir ki, R.Rzayev Plenum iclasını açaraq bildirib ki, mənəvi dəyərlərə böyük zərbə vuran, qloballaşan dünyada bəşəriyyətin ümumi bəlasına çevrilən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində ölkəmizdə dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunub, bu məqsədlə bir sıra təşkilati-hüquqi və əməli tədbirlər həyata keçirilib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası yaradılıb, bu ağrılı bəlaya qarşı mübarizə ümumdövlət vəzifəsi hesab edilib. Ölkə Prezidentinin 28 iyun 2005-ci il tarixli Fərmanı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının dövriyyəsi haqqında” AR Qanunu və digər hüquqi aktlar qəbul edilib. Plenumda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövrüyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” məsələ respublika hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə geniş müzakirə edilib, təhlillər aparılıb. Müəyyən edilib ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı işlərin baxılma keyfiyyəti əvvəlki illərə nisbətən xeyli yaxşılaşsa da, bu bəlaya qarşı mübarizə sahəsində müəyyən çatışmazlıqlar var, bəzi birinci instansiya məhkəmələri tərəfindən cinayət işlərinə baxılarkən müəyyən xarakterli nöqsanlara yol verilir. Plenum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə qanunvericiliyin məhkəmələr tərəfindən düzgün və eyni cür tətbiq olunmasını, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün müvafiq qərar qəbul edib. Plenumda konkret cinayət və mülki işlərə də baxılıb. Plenum müzakirə olunan məsələ və baxılmış işlər barədə müvafiq qərarlar qəbul edib. Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, Baş Prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Prezident Administrasiyası Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-3120.html