Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » III Beynəlxalq Rostropoviç festivalı ilə əlaqədar mətbuat konfransı keçirilib
19.11.09 02:32

Bu gün Bakıdakı L. və M.Rostropoviçlərin Ev-Muzeyində III Beynəlxalq Rostropoviç festivalı ilə əlaqədar mətbuat konfransı keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən həmyerlimiz, dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin qızı, “Rostropovich production” Kompaniyasının prezidenti Olqa Rostropoviç festivalın cari ilin 8-14 dekabr tarixlərində Bakıda baş tutacağını bildirib. Keçiriləcək festivalda M.Rastropoviçin bir çox ölkələrdə tələbələri olan tanınmış musiqiçilər, o cümlədən Bakıya ilk səfər edən İngiltərənin Kamera Orkestiri və Yeni Rusiya Simfonik Orkestiri kimi dünya miqyaslı kollektivlər də iştirak edəcəklər. O.Rastropoviç həmçinin Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestirinin də qatılacağı festifal ərəfəsi konsertlərin Dövlət Filarmoniyasında keçiriləcəyini söyləyib. O.Rastropoviç atasının ölkəmizdə belə yüksək qiymətləndirilməsinə görə xalqımıza və dövlət başçısına minnətdarlığını bildirib.Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdüri Fərəh Əliyeva isə bildirib ki, festifal Bakıda Heydər Əliyev Fondu, “Rostropovich production” Kompaniyası, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir. F.Əliyeva beynəlxalq festivalda ölkəmizə İngiltər, Fransa, ABŞ-dan, Rusiyadan və s. ölkələrdən tanınmış qonaqların gələcəyini söyləyib. F.Əliyeva festifalın yekun tədbirlərinin dekabrın 14-də Heydər Əliyev adına Sarayda keçiriləcəyini diqqətə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-312.html