Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Spiker: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun rəhbəri dəyişsə də, mahiyyəti dəyişməyəcək"
05.03.11 01:38

"Ciddi hazırlıqlarla ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun rəhbəri dəyişsə də, təəssüf ki, mahiyyəti dəyişməyəcək". KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov bildirib. Spiker bu qurumun fəaliyyətinə xeyli tənqidi yanaşıb. "Mən seçkilər ərəfəsində Azərbaycana gələn institut rəhbərliyi ilə görüşdə sual etdim ki, siz hazır reseptlə gəlmisiniz, yoxsa normal müşahidə aparacaqsınız? Bildirdilər ki, bizim hazır reseptimiz olmur. Ancaq illərdir görürük ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu Azərbaycana həmişə hazır reseptlə gəlir. AŞPA və ATƏT PA-nın qərarı qalır bir tərəfdə, 10-12 saat danışıq keçirir, sonra öz fikirlərini deyib gedirlər. Ona görə qurumun rəhbəri dəyişsə də, mahiyyəti dəyişməyəcək",-deyə spiker vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3119.html