Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda başlayan konfrans başa çatıb
03.03.11 21:40

Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda keçirilən konfrans başa çatıb. KƏLAMİNFO xəbər verir ki, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlının aparıcılığı ilə keçirilən konfransda ölkənin müxtəlif KİV rəhbərləri və təmsilçiləri iştirak edib. Beynəlxalq Jurnalistlər Federasiyası və Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı və “Söz Azadlığını və Jurnalist Peşəkarlığı Koalisiyası” tərəfindən təşkil edilən konfransda çıxış edən 525-ci qəzetin Baş redaktoru Rəşad Məcid sovet və hazırki dövr mətbuatının fəaliyyəti barədə qısa məlumat verib. O, bir sıra məsələlərlə yanaşı, rəsmi qurumların qəzetlərinin fəaliyyətindən bəhs edib. Rəsmi qurumların qəzetlərinin fəaliyyətinin digər KİV-lərin müstəqilliyinə və onların iqtisadi durumunun aşağı olmasına təsir edən amilərdən olduğunu diqqətə çatdıran R.Məcid qeyd edib ki, rəsmi qəzetlər dövlət qurumlarının təbliğatı ilə məşğuldur və onlar başqa KİV-lərə reklam verilməsinə də öz təsirini göstərir. “Tender haqında” qanundan bəhs edən R.Məcid bu qanundan rəsmi qəzetlərin adlarının çıxarılmasına ehtiyac olduğunun söyləyib. O, abunələrin də çoxunun rəsmi dövlət qurumlarının zəetlərinin təşkil etdiyini xatırladıb. Kaspi qəzetinin baş redaktoru Natiq Məmmədli isə “Redaksiya müstəqilliyi söz azadlığının əsas atributudur” mövzusunda çıxış edib. Sözügedən mövzu ətrafında iştirakçılara geniş məlumat verən N.Məmmədli bir sıra vacib təkliflərlə çıxış edib. N.Məmmədli qeyd edib ki, redaksiyanın müstəqilliyinə ilk növbədə jurnalistlərdən başlamaq lazımdır. Onun sözlərinə görə, əvvəl jurnalist azad olmalıdır ki, redaksiya da müstəqil ola bisin. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev “Redaksiya müstəqilliyi sahəsində xarici təcrübə”, Xalq cəbhəsi qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə “Medianın siyasiləşməsi redaksiya müstəqilliyinə necə təsir edir” mövzularında çıxışlar ediblər.
URL / WWW
http://kelam.az/article/a-3117.html