Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Parisdə Milli Sərgi keçirilir
03.03.11 21:40

Bu gündən etibarən Fransanın paytaxtı Parisdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 5-ci Qlobal Konfrans çərçivəsində MHŞT üzrə Milli Sərgi keçirilir. Dövlət Neft Fondundan KƏLAMİNFO-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti MHŞT üzrə Milli Sərgidə iştirak edir. Milli Sərgidə Azərbaycana aid video və foto materiallar, MHŞT-nin Azərbaycanda tətbiqinə dair müxtəlif broşür və kitabçalar, xatirə hədiyyələri konfrans iştirakçılarına təqdim edilib. Xatırladaq ki, MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkədir və MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib. Sərgi iki gün davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-3115.html