Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » AŞ PA-nın komitə iclasında Rafael Hüseynov məruzə ilə çıxış edəcək
04.03.11 02:40

Martın 18-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm və təhsil komitəsinin iclası keçiriləcək. İclasda Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov “Avropada ali təhsilin standartları” adlı məruzə ilə çıxış edəcək. KƏLAMİNFO xəbər verir ki, məruzədə Avropada təhsilin bugünkü vəziyyətindən, problemlərindən və perspektivlərindən bəhs olunacaq. Bundan əlavə, bu ay AŞPA-da bir neçə komitənin iclası keçiriləcək. Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyi iclasların gündəliyi artıq açıqlanıb. Martın 11-də başlayacaq daimi komitənin iclasında AŞPA-nın sədri Mövlud Çavuşoğlunun məruzəsi dinləniləcək. Sonra apreldə keçiriləcək sessiyada müzakirə ediləcək mövzular müəyyənləşdiriləcək. Ətraf mühitin mühafizəsi, təhsil və Avropa məkanı, eləcə də gender məsələləri ətrafında fikir mübadiləsi aparılacaqdır. Avropa Şurasında aparılan islahatlar və qurumun nümayəndələrinin səlahiyyətləri də müzakirə mövzusu olacaq.
URL / WWW
http://kelam.az/article/a-3114.html