Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu gündən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161" nömrəli "Qaynar xətt"i fəaliyyətə başlayıb
04.03.11 02:40

Korrupsiyaya qarşı mübarizənin yeni müstəvidə daha səmərəli təşkilinin təmin edilməsi, korrupsiya halları ilə üzləşmiş vətəndaşlara ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanlarının yaradılması, onların müraciətləri üzrə dərhal təxirəsalınmaz tədbirlər görülməklə korrupsiya hüquqpozmalarının aşkar edilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı fəaliyyətin daha məqsədyönlü təşkili məqsədi ilə, Baş prokurorun əmri ilə həmin idarənin nəzdində "161" nömrəli "qaynar xətt" əlaqə mərkəzi yaradılıb və onun fəaliyyətini tənzimləyən qaydalar təsdiq olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Baş Prokurorluqdan veriblər. Bu gün saat 9:00-dan fəaliyyətə başlayacaq "qaynar xətt" əlaqə mərkəzi istirahət və bayram günləri də daxil olmaqla, sutkada 24 saat fasiləsiz işləməklə, vətəndaşlar tərəfindən korrupsiya hüquqpozmaları barədə şəhərlərarası, respublika daxili və mobil telefonlar vasitəsilə həmin mərkəzə ödənişsiz zəng etmək üçün bütün texniki imkanlar yaradılıb. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmaqla araşdırılması üçün icraata götürülmüş bütün müraciətlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə hərtərəfli, tam və obyektiv araşdırmaların aparılması, mərkəzə daxil olan müraciətlər üzrə görülmüş tədbirlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması təmin ediləcək.
URL / WWW
http://kelam.az/article/a-3113.html