Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » M.Əhmədoğlu: Ermənistan Çini regiona gətirməklə ABŞ, Türkiyə və Rusiyadan Qarabağın acığını çıxır”
03.03.11 21:40

Ermənistanın vəziyyətinin pik dərəcədə təhlükəli olmasını mən azərbaycanlı kimi yox, kənardan durub müşahidə edən qeyri-azərbaycalı kimi əminliklə deyirəm. Ermənistan regionda qarışıqlıq salmaq istəyir və bu yolda mühüm addımlar atır. Onun Çini regiona dəvət etməsi Qafqazda münaqişələri daha da qızışdırmağa xidmət edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu söyləyib. Politoloqun fikirincə Çinin regiona gəlməsi nə ABŞ, nə Türkiyə, nə də Rusiyanın maraqlarındadır. Ekspert Türkiyənin Çinlə türk-uyğur problemində zidd gəldiyini deyib. O bildirib ki, belə olan təqdirdə Türkiyə Çinin regiona gəlməsini Rusiyanın təşkil etdiyindən şübhələnə bilər. “Nəticədə Türkiyə Şimali Qafqazın investisiya yatırımı üçün yararsız olmasına maraqlı ola bilər. Bununla əlaqədar Rusiya da öz növbəsində Türkiyənin daxilində seperatçılığı dəstəkləyər. Bütün bunların hamısı Qafqazda vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq. Ermənistan bununla ABŞ, Türkiyə və Rusiyadan Qarabağın acığını çıxır”,-deyə o qeyd edib. M.Əhmədoğlu Ermənistanın artıq Qarabağ məsələsində İrandan başqa müttəfiqinin olmamasını deyib. Politoloqun dediklərinə görə, Qarabağda başlanacaq müharibə Azərbaycan üçün yox, Ermənistan üçün çox fəsadlı olacaq. O, Rusiyanın artıq regiona hərbi məqsəd deyil, düşünülmüş perespektivli münasibət həyata keçirdiyini söyləyib. M. Əhmədoğlu Ermənistanı, Rusiyanın Azərbaycana S-300 raketlərini, Mİ-35 hərbi helikopterlərini, həmçinin pion adlı silahların satdığını deyərək, Moskvanın kimin tərəfində olduğunu bir daha yaxşı düşünməyə çağırıb.
URL / WWW
http://kelam.az/article/a-3112.html