Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Jurnalistlər üçün müsabiqə elan olunub
03.03.11 21:40

Azərbaycan Gənclər Təşkilatları Milli Şurası ilə Parlament Jurnalistlər Birliyi Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibəti ilə jurnalistlər üçün yazı müsabiqəsi élan edib. KƏLAMİNFO xəbər verri ki, bu barədə açıqlama verən Milli Şuranın sədri, millət vəkili Fuad Muradov bildirib ki, burada əsas məqsəd Azərbaycanın müstəqillik tarixini, müstəqilliyimizin oturuşmasında umumilli lider Heydər Əliyevin rolunu bir daha geniş oxucu kütləsi ilə bölüşməkdir. Qeyd edək ki, müsabiqənin şərtlərinə görə daha çox gənc yazarlara üstünlük veriləcək. Qalib jurnalistlərə pul mükafatı və həvəsləndirici mükafatlar veriləcək. Birinci yer üçün 400 manat, ikinci yer üçün 300 manat, üçüncü yer üçün 200 manat pul mükafatı nəzərdə tutulub. Həvəsləndirici beş yeri tutanlara isə diktafon, fotoaparat veriləcək. Müsabiqə bu ilin aprelin 1-dən avqustun 31-dək davam edəcək. Yazı qəzetlərdə, internet portalarında, jurnallarda dərc edilməlidir. Yazıda müsabiqəyə istinad mütləqdir. Müsabiqə aşağıdakı istiqamətlər üzrə müəyyənləşdirilib. 1.Müstəqil Azərbaycanın dövlətçilik tarixi; 2.Azərbaycan gənclərinin müstəqilliyimizin qazanılması və qorunmasında rolu; 3.Ümumilli lider Heydər Əliyev və dövlətçilik ənənələri Qaliblər isə sentyabrın ikinci on günlüyündə élan olunacaq.
URL / WWW
http://kelam.az/article/a-3111.html