Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Musiqili Komediya Teatrının yeni rejissoru – Əsgər Əsgərovdur
04.03.11 02:39

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının afişalarında daha bir rejissorun adı görünəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Musiqili Komediya Teatrından veriblər. Teatrda Mark Kamolletinin “Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayağı qarnir” əsərini teatrın rus bölməsində əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərov hazırlayacaq. Qeyd edək ki, Əsgər Əsgərov uzun illər Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalııb, 1990-1996-cı illərdə teatrın baş rejissoru olub. Moskvada, Mayakovski adına Akademik Dram Teatrının baş rejissoru A.Qonçarovun yanında təcrübə keçdikdən sonra Akademik Milli Dram Teatrında qurluşçu rejissor vəzifəsinə dəvət edilib. Bu teatrda Viktor Rozovun “Şadlıq sorağında”, Nəbi Xəzrinin «Burla xatun”, Kamal Abdullanın “Hərdən mənə mələk də deyirlər…”, Jan Batist Molyerin “Skapenin kələkləri”, A.Kamyunun “Anlaşılmazlıq” və s. əsərlərinə quruluş verib.
URL / WWW
http://kelam.az/article/a-3110.html