Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Axıska türklərinin öz tarixi torpaqlarından zorla sürgün edilməsinin 65-ci ili tamam olması ilə bağlı Dəyirmi masa keçirildi
18.11.09 21:32

Bu gün Atatürk Mərkəzində Axıska türklərinin Gürcüstandakı öz tarixi ata-baba torpaqlarından zorla sürgün edilmələrinin 65-ci ili tamam olması ilə bağlı Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Axıska Türklərinin “Vətən” Cəmiyyətinin Mərkəzi Şurasının sədri İbrahim Burhanov 12 647 soydaşının vətənləri Gürcüstana qayıtmaq üçün ərizə ilə müraciət etmə işlərinə yardımçı olduqlarını bildirib. O, toplanan sənədlərdən 11 623 nəfərin ərizəsinin cəmiyyət tərəfindən qeydiyyata alındığını, 4600 nəfərin isə sənədlərinin natariat qaydada təsdiq edilərək ingilis dilinə tərcümə olunduğunu söyləyib. İ.Burhanov bu sənədlərdən 3258-nin Gürcüstanın Azərbaycandakı səfirliyinə təqdim edildiyini bildirib. Tədbirdə çıxış edən Axıska Gəncləri İctimai Birliyinin sədri Orxan Faiqov Qərbi Azərbaycanlıların öz ata-baba torpaqlarından departasiya olmasından 60 il ötdüyünü bildirib.
URL / WWW
http://kelam.az/article/a-311.html