Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Tatarıstan prezidenti Rüstəm Minnixanovun Azərbaycana səfəri başlayıb
03.03.11 02:00

Tatarıstan prezidenti Rüstəm Minnixanov Azərbaycana səfərə gəlib. KƏLAMİNFO xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tatarıstan prezidentini Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Novruz Məmmədov və iqtisadi inkişaf naziri Şahin Mustafayev qarşılayıblar. Bu gün prezident R.Minnixanov Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Tatarıstan prezidentinin səfər proqramında Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclis sədri Oqtay Əsədov, baş nazir Artur Rəsizadə, fövqəladə hallar naziri Kamaləddin Heydərovla danışıqlar nəzərdə tutulub. O Heydər Əliyev Fondu ilə tanış olacaq, Azərbaycanda yaşayan tatar icması ilə görüşəcək.
URL / WWW
http://kelam.az/article/a-3104.html