Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » M.Abbaszadə: “Elə rayonlar var ki, orada təhsil sahəsində fövqəladə vəziyyət elan etmək lazımdır”
03.03.11 03:00

Bu gün Bakıda fəaliyyət göstərən 276 saylı məktəbdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci il tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunan zona müşavirəsi keçirib. KƏLAMİNFO xəbər verir ki, müşavirədə təhsil naziri Misir Mərdanov, Bakı şəhər üzrə Təhsil İdarəsin direktoru Nailə Rzaquliyeva, bir sıra rayonların orta ümumtəhsil məktəblərinin direktorları və müəllimləri iştirak edib. Tədbirdə təhsil naziri M. Mərdanov Azərbaycan təhsilinin mövcud vəziyyəti, bu sahədəki problemlər və qarşıda duran vəzifələrlərdən qısa bəhs edib. TQDK sədri Məleykə Abbaszadə 2010/2011-ci tədris ili üçün keçirilən qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ərtaflı təqdimat-məruzə ilə çıxış edib. M.Abbaszadə ötən ilin qəbul imtahanlarının elmi-statistik təhlilinə əsaslanaraq, bəzi problemlərin aradan qaldırılması üzərində düşənməyin vacibliyini söyləyib. Komissiya sədri həmçinin qəbul imtahanlarında zəif nəticələr göstərən rayonların adlarını da açıqlayıb. M.Abbaszadənin sözlərinə görə, elə rayonlar var ki, orada təhsil sahəsində fövqəladə vəziyyət elan etmək lazımdır və buna misal olaraq Ağsu və Xaçmaz rayonlarını göstərmək olar. TQDK sədri işğal olunan bölgələr arasında Füzuli rayonunun qəbul göstəricilərinə görə çox aşağı səviyyədə olduğunu qeyd edib. O, Bakı şəhərinin 2010-cu il məzunlarının qəbul imtahanlarıdakı nəticələrinə dair qısa statistik məlumatı da müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-3102.html