Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda yeni bölmə yaradıldı
02.03.11 22:00

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda yeni bölmə- Beynəlxalq Əlaqələr üzrə direktor müavinliyi təsis edilib. KƏLAMİNFO xəbər verir ki, bölmənin yaradılmasında məqsəd daha çox elmi sahələrə malik olan institutun elmi fəaliyyətinin xarici ölkələrin elm mərkəzləri ilə tənzimlənməsinə istiqamətlənib. Bölməyə rəhbərlik edən fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Ruyida Rzayeva bildirib ki, bölmə daha çox institutun fəaliyyətinə aid elmi sahələr üzrə xarici ölkə alimlərinin bura dəvət olunmasına üstünlük verəcək. “Eyni zamanda aktiv elmi fəaliyyət ilə məşğul olan alimlərimizin xarici ölkələrdə mütəmadi keçirilən konfranslarda iştirakını da təmin edəcəyik”,-deyə direktor müavini bildirib. O, əlavə edib ki, bütün bu layihələri Elmin İnkişafı Fondu dəstəkləyəcək.
URL / WWW
http://kelam.az/article/a-3101.html