Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II respublika müsabiqəsi keçiriləcək
03.03.11 02:59

Mədəniyyət və Turizm Nazirliyi uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsi keçirəcək. Bu barədə KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Müsabiqənin açılışı martın 14-ü R.Behbudov adına 2 nömrəli Uşaq Musiqi Məktəbində olacaq. Müasbiqənin I turu 14-15 mart, II tur isə 16-17 mart günlərində keçiriləcək. Münsiflər heyətinin tərkibinə Belarusun əməkdar artisti, Belarus Dövlət Musiqi Akademiyasının kafedra müdiri, professor, sənətşünaslıq doktoru Boris Niçkovun sədrlik edəcəyi bildirilib. Münsiflərin tərkibinə həmçinin respublikanın tanınmış musiqiçi və müəllimləri də daxildir.
URL / WWW
http://kelam.az/article/a-3100.html