Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mədəniyyət və Turizm Nazirliyi ötən ilin fəal kitabxanaçılarını müəyyən edib
02.03.11 01:04

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Kitabxanaçıların peşə ustalığı üzrə “İlin kitabxanaçısı- 2010” respublika müsabiqəsi haqqında Əsasnamə hazırlanıb və təsdiq edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Müsabiqə Komissiyasına kitabxanaçı mütəxəssislər tərəfindən təqdim olunan innovasiya proqramları, kitabxananın informasiya resurslarının təbliğatının təşkili, qarşıda duran aktual problemlərin həllinə dair təkliflər, kitabxanaçı mütəxəssislərin fərdi keyfiyyətləri, habelə onların şəhər, rayon, respublika əhəmiyyətli tədbirlərdə və nazirlik tərəfindən həyata keçirilən layihələrdə fəal iştirakları və s. üstünlüklər nəzərə alınıb. Müsabiqə komissiyasının yekun rəyinə əsasən I mükafata - Gəncə şəhər MKS-nin şöbə müdiri Gülnaz İsgəndərova, II mükafata - Ucar rayon MKS-nin direktoru Bəsirə Abbasova, III mükafata - Bərdə rayon MKS-nin kitabxanaçısı Fəxriyyə Quliyeva layiq görülüb. Müsabiqədə qalib gəlmiş kitabxanaçı mütəxəssislər “İlin kitabxanaçısı- 2010” respublika müsabiqəsi haqqında Əsasnaməyə uyğun olaraq Nazirliyin Fəxri Fərmanı və pul mükafatları ilə mükafatlandırılacaqlar.
URL / WWW
http://kelam.az/article/a-3096.html