Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » SAMF Şamaxıda görüş keçirib
01.03.11 19:04

Söz Azadlığını Müdafiə Fondu (SAMF) Şamaxı tarix-diyarşünaslıq muzeyində görüş keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAMF-dan veriblər. Görüşdə muzeyin direktoru Firqiyyə Zamanova muzeyin yaranma tarixindən, eksponatların mühafizəsindən, gündəlik fəaliyyətlərindən danışaraq qeyd edib ki, fəaliyyəti dövründə muzey 3 dəfə yerini dəyişib, sonuncu dəfə 2008-ci ildən keçmiş “Döyüş Şöhrəti” muzeyinin binasına köçüb. F.Zamanova qeyd edib ki, hazırda muzeyin iki böyük zalında 9 minə yaxın eksponat nümayiş olunur. Muzeyə daha çox şəhərin qonaqlarının və məktəblilərin ziyarət etdikləriyb dilə gətirən direktor eksponatların alınmasaında və mühafizəsində müəyyən problemlərlə üzləşdiklərini bildirib. SAMF-ın icraçı direktoru Vüqar Tofiqli diyarşünaslıq muzeyləri ilə bağlı fondun həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, hazırda fəaliyyətdə olan diyarşünaslıq muzeyləri eksponat fondu baxımından zəngin olsada, onun təqdimatı, eksponat fondunun artırılması, mövcud eksponatların mühafizəsi lazimi səviyyədə təşkil edilməyib. Onun sözlərinə görə, muzey əməkdaşlarının məvaciblərinin aşagı səviyyədə olması da ümumi işə son nəticədə təsir edir. V.Tofiqli fondun Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsi barədə görüş iştirakçılarna geniş məlumat verib. V.Tofiqli www.diyarshunasliq.az internet resursunda artıq Şamaxı Tarix-diyarşünsalıq muzeyinə yer ayrıldığı və bununla baglı ilkin informasiyaının sayta yerləşdirildiyini bildirib. Sonda fondun nəşrləri və layihə çərçivəsində hazırlanan bukletlər muzeyə hədiyyyə edilib.
URL / WWW
http://kelam.az/article/a-3095.html