Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Aparatının əməkdaşları ünvanlı sosial yardım və əlilliyin təyin edilməsi ilə əlaqədar şikayətləri araşdırıb
01.03.11 19:04

Bir sıra vətəndaşlar ünvanlı sosial yardımların və tibbi-sosial ekspert komissiyalarında əlilliyin təyin edilməsi zamanı problemlərlə üzləşdikləri ilə bağlı Ombudsman Elmira Süleymanovaya şikayət ediblər. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırma əsasında Ombudsman Aparatının və adı çəkilən nazirliyin əməkdaşları Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Biləsuvar və Cəlilabadda rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi mərkəzlərinin və müvafiq zona Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) rəhbərlərinin, həmçinin Müvəkkilin Cəlilabad Regional Mərkəzi nümayəndələrinin və vətəndaşların iştirakı ilə yerlərdə 3 günlük birgə araşdırma aparıblar. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, ünvanlı sosial yardımlarla bağlı imtina verilən ailələrin şikayətləri müvafiq sənədlər üzrə bir daha araşdırılıb və onların bəzilərinə köməklik göstərilib. Araşdırmalar zamanı həmçinin o da məlum olub ki, texniki problemlərlə bağlı vəsaitlərin vətəndaşlara vaxtında ödənilməməsi onların müxtəlif instansiyalara müraciət etməsinə səbəb olub. Ayrılan sosial yardımın, həqiqətən də, vəsaitin gecikməsi səbəbindən ödənilmədiyi, bu problemin 2011-ci ilin aprel ayının sonunadək öz həllini tapacağı ərizəçilərin diqqətinə çatdırılıb. Zona TSEK-lərlə bağlı şikayətlərin əksəriyyəti onunla bağlı olub ki, əlilliyin müəyyən olunması üçün zəruri tibbi sənədlərin hazırlanması vətəndaşlar tərəfindən süründürməçilik kimi qəbul edilib. Müraciət edənlərin bu məsələlərlə bağlı problemləri həll olunub, onların müvafiq əlillik dərəcəsi təyin edilib. Eyni zamanda TSEK-lərə işin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
URL / WWW
http://kelam.az/article/a-3094.html