Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Cəlilabadın sel basan ərazilərindəki sakinlərin vəziyyətini diqqətdə saxlayır
02.03.11 02:04

İnsan Hüquqları üzrə Müvəkkilin tapşırığına əsasən, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov və əməkdaşı B.Əliyev Cəlilabad rayonunda sel basan ərazilərdə olub, sakinlərlə görüşüb və problemlərini öyrəniblər. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Cəlilabad rayonundakı Mişarçayın üzərindəki bəndin möhkəmləndirilməsi tədbirləri başa çatdırılıb, “daş kanalı” adlanan su kanalında suyun səviyyəsi bir metrdən çox aşağı düşüb. Həmçinin rayonda elektrik enerjisi və qaz təminatı normal vəziyyətdədir. Rayonun Cavadxan və Ə.Vahid küçəsində yerləşən evlərin həyətinə dolan su Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən qurudulur. Ombudsmanın nümayəndələri ilə söhbət zamanı sakinlər vaxtında lazımi tədbirlər görüldüyündən razılıqlarını bildirib, əhaliyə böyük tələfat və ziyan dəyməsinin qarşısının alındığını söyləyiblər. Müvəkkilin Cəlilabad Regional Mərkəzinin əməkdaşları bu vəziyyəti diqqətdə saxlayır, sel basan ərazilərə mütəmadi baxışlar keçirir və sakinlərə müntəzəm olaraq baş çəkirlər. Qeyd edək ki, son bir həftə ərzində aramsız yağan qar və yağışlar bu rayonun dağ çaylarında suyun səviyyəsinin qalxmasına, düzənlik ərazilərdəki evlərin sel sularına məruz qalmasına səbəb olub.
URL / WWW
http://kelam.az/article/a-3093.html