Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dünya Azərbaycanlılarının III Qurultayı ilə bağlı ciddi hazırlıq işləri aparılır
01.03.11 19:04

Cari ilin iyul ayında Bakı şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayı ilə bağlı ciddi hazırlıq işləri aparılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat katibi Bəhruz Nəzərov söyləyib. O qeyd edib ki, qurultaya hazırılqla bağlı xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına da müvafiq tapşırıqlar verilib. Qurultayın dəqiq tarixinə gəlincə, B.Nəzərov qeyd edib ki, hələlik tarix dəqiqləşməyib. Onun sözlərinə görə, toplantıda Dünya Azərbaycanlılarının II qurultayından keçən dövr ərzində görülən işlər müzakirə olunacaq, eyni zamanda Azərbaycan diasporunun müasir dövrdə qarşısında duran vəzifələr, gələcək fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq. Komitə sözçüsü hazırda diaspor təşkilatlarının əvvəlki illərə nisbətən daha fəal fəaliyyət göstəridiklərinə də toxunub və əlavə edib ki, onların fəaliyyəti bundan sonra daha da aktivləşəcək. Qeyd edək ki, DİDK-də növbəti qurultayın təşkili ilə bağlı Tədbirlər Planı hazırlanıb və İşçi qrup yaradılıb.
URL / WWW
http://kelam.az/article/a-3092.html