Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanda siyasi partiyaların tənzimlənməsi mövzusunda Dəyirmi masa keçiriləcək
01.03.11 19:04

Martın 7-8-i tarixlərində Azərbaycanda siyasi partiyaların tənzimlənməsi mövzusunda Dəyirmi masa keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ATƏT-in Bakı ofisindən veriblər. Siyasi partiya qanunvericiliyinin müzakirə ediləcəyi tədbirdə Prezident Administrasiyası, Milli Məclisin vəzifəli şəxsləri, eləcə də 18 siyasi partiya nümayəndələri bir araya gələcək. Görüşün əsas məqsədi partiyaların tənzimlənməsinin təkmilləşdirilməsi və bu məsələdə Azərbaycan hökümətinə yardımçı olmaqdır. Tədbir iştirakçıları siyasi partiyaların tənzimlənməsinə dair Venesiya Komissiyasının təlimatları ilə tanış olacaq. İclasda bu sahə üzrə beynəlxalq təcrübələr Azərbaycan modeli ilə paralel müzakirə ediləcək.
URL / WWW
http://kelam.az/article/a-3091.html