Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyevin iştirakı ilə “Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na həsr olunan konfrans keçirilir
02.03.11 02:04

Bu gün Bakıda, Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilir. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyev konfransda iştirak edir. Əvvəlcə dövlət başçısı konfrans çərçivəsində təşkil edilmiş sərgi ilə tanış olub. Sonra konfransda giriş nitqi ilə çıxış edən Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarını yüksək qiymətləndirib. Dövlət Proqramının ikinci ilində əldə olunmuş uğurlardan və qarşıda duran vəzifələrdən danışan dövlət başçısı Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb. Konfrans davam edir.
URL / WWW
http://kelam.az/article/a-3088.html