Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » BMM-də Ramiz Mehdiyevin “Gorus-2010 absurd teatrı mövsümü” kitabının ictimai müzakirəsi keçirilib
01.03.11 00:38

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Vətən uğrunda!” QHT Koalisiyasının təşkilatçılığı ilə AMEA-nın həqiqi üzvü, akademik Ramiz Mehdiyevin “Gorus-2010 absurd teatrı mövsümü” kitabının ictimai müzakirəsi keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə bir sıra elm adamları, QHT təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən “Vətən uğrunda” QHT Koalisiyasının sədri Samir Mehdizadə bildirib ki, ötən il oktyabrın 16-da Ermənistan prezidenti Serj Sarkistan erməni diasporunu təmsil edən jurnalistləri ölkəsinə dəvət edərək onların qarşısında tarixi faktlara söykənməyən, saxta, uydurma bəyanatlarla çıxış edib. Onun sözlərinə görə, real tarixi faktları təhrif edən S.Sərkisyan həmçinin söyləyib ki, guya erməni dilinin ən azı səkkiz minillik tarixi var. S.Mehdizadə qeyd edib ki, S.Sərkisyanın çoxsaylı saxta bəyantlarına akademik R.Mehdiyevin müəllifi olduğu “Gorus-2010 absurd teatrı mövsümü” kitabında tarixi faktlara əsaslanan cavablar və dəlillər mövcuddur. Sonra ictimai müzakirədə iştirak edənlərin mövzu ilə bağlı çıxışı dinlənilib. Sonda ictimai müzakirədə iştirak edənlər tərəfindən bütün millət vəkilləri, QHT və KİV-lərə bir sıra məsələlər üzrə müraciət edilib. Qeyd edək ki, R.Mehdiyev “Gorus-2010 absurd teatrı mövsümü” kitabında erməni liderlərinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdlərini elmi dəillərlə ifşa edir, Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqlarında yaradıldığını tarixi faktlarla diqqətə çatdırır. Kitabda, həmçinin erməni ideoloqların yeni “tədqiqatları”na elmi dəlillərlə tutarlı cavab verən R.Mehdiyev həmin “ideya” və “tədqiqat” ların puçluğunu və əsassızlığını sübuta yetirir. Kitabda Azərbaycanın qədim və müasir xəritəsi də öz əksini tapıb.
URL / WWW
http://kelam.az/article/a-3086.html