Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Keçid dövrü ölkələri Azərbaycanın sığorta-pensiya modelini öyrənmək məqsədilə DSMF-yə müraciət ediblər
01.03.11 02:38

Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar və qurulan yeni modelin öyrənilməsi Dünya Bankı tərəfindən kecid dövrü ölkələrinə tövsiyə olunub. Bu tövsiyəyə uyğun olaraq Dünya Bankının layihələrinin tətbiq olunduğu keçid dövrü ölkələrinin müvafiq nümayəndə heyətlərinin Azərbaycanın sığorta-pensiya modelinin öyrənilməsi məqsədilə respublikamıza səfərləri planlaşdırılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya DSMF-dən veriblər. Artıq Monqolustan və Türkmənistanın sığorta-pensiya qurumları Azərbaycan təcrübəsini öyrənmək üçün Dövlət Sosial Müdafiə Fonduna (DSMF) rəsmi müraciət ediblər. Monqolustanın Sosial Sığorta Fondu tərəfindən ünvanlanan məktubda müvafiq nümayəndə heyətinin DSMF ilə əməkdaşlıq etmək üçün Azərbaycana səfər etmək niyyətində olduqları bildirilib. Əfqanıstan Respublikasının nümayəndə heyəti isə artıq bir dəfə Azərbaycanda səfərdə olub.
URL / WWW
http://kelam.az/article/a-3084.html