Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Argentinada Azərbaycan turizminin təbliğinə dair tədbir keçirilib
28.02.11 18:38

Buenos-Ayresdə Azərbaycan turizm sektorunun təşviqinə dair tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycanın Argentinadakı səfirliyindən veriblər. Tədbirdə Argentinanın Avropa və Asiya ölkələri üzrə 60-a yaxın turist operator şirkətləri, aparıcı turizm assosiasiyalara və turizm sektorunun təşviqi ilə məşğul KİV-lərin nümayəndələri iştirak ediblər.Səfir M.Əhmədzadə qədim tarixə, zəngin mədəni irsə və coğrafi müxtəlifliyə malik Azərbaycanın Argentina turistləri üçün maraqlı turist istiqamətlərindən biri olacağını deyib, ölkəmizdə iqtisadiyyatın diversifikasiyası çərçivəsində turizm sektorunun inkişafı məqsədilə görülmüş işlər, xüsusilə də ölkə prezidenti İlham Əliyev tərəfindən 2011-ci ilin ölkəmizdə turizm ili elan edilməsi barədə məlumat verib. Sonra çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin Sədri Aydın Əliyev ölkəmizin turizm potensialı, bu potensialın inkişaf etdirilməsi istiqamətində atılmış addımlar barədə danışıb və ölkəmizin gözəlliklərinin şahidi olmaq üçün Argentina turistlərini Azərbaycana dəvət edərək bu xüsusda turist operatorlarının rolunun önəmli olduğunu bildirib. Çıxışlardan sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çəkilmiş “Azərbaycan unudulmaz ölkə” filmi nümayiş etdirilib. Tədbir vaxtı iştirakçılara Azərbaycan turizminin təşviqini əks etdirən kitab və materiallar paylanılıb, ölkəmizin müxtəlif mənzərələri və mədəni-tarixi abidələrinin fotosərgisi, habelə milli xalçalarımızın nümayişi təşkil olunub.
URL / WWW
http://kelam.az/article/a-3082.html