Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » "Dövlət və Din" ictimai fikir toplusunun 2011-ci ildə ilk sayı işıq üzü görüb
01.03.11 01:38

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan "Dövlət və Din" ictimai fikir toplusunun 2011-ci ildə ilk sayı işıq üzü görüb. Bu barədə KƏLAMİNFO-ya Komitənin mətbuat xidmətindən məlumat verilib. toplunun "Rəsmi guşə"si prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müraciəti ilə açılır. Jurnal rus dilində məqalələrin çapı ənənəsini davam etdirir. Bu sayda Samirə Mir-Bağırzadənin “Rastsvet kulturı Azerbaydjana v epoxu İslamskoy tsivilizatsii” yazısı “Azərbaycan gerçəkliyi” rubrikası altında dərc edilib. Bölmədə, həmçinin “Azərbaycanda Orta əsr təhsil və elm mərkəzləri - mədrəsələr”, “Azərbaycanda İslam mədəniyyəti tarixi və müasirlik kursunun tədrisinə dair” məqalələri yer alıb. “Cəmiyyət və Din” adlı üçüncü bölmədə Tural Əliyevin “Fəzilətin Tusi yozumu”, Məhəmməd Balayevin “Georq Vilhelm Fridrix Hegel və Şərq”, Elvüsal Məmmədovun “Qədim Yunan ictimai fikrində və Xristianlıq təlimində fəlsəfə və din” yazıları dərc edilib. “İslam həqiqətləri” rubrikası altında oxucular “İslam təbabətində stressi aradan qaldırmaq yolları”, “Bərzəx və Əraf”, “İslam dini və fəlsəfəsi”, “Suffənin məşhur səhabələri”, “Məzhəblərarası yaxınlaşma kontekstində təkfir problemi”, “Quranın «əmr» və «inkar» hökmlü ayələrinə dair” və “Muğam və Quran paralelləri” yazıları ilə tanış ola bilər. "Dövlət və Din"in ənənəvi rubrikalarından biri də "Tarixə pəncərədir"dir. Bu bölmədə tarixi faktlara əsaslanan “Xristianlığaqədərki dövrdə Qafqaz albanlarının dili, dini, mənşəyi” və “Şəmkir şəhərinin Orta əsrlər tarixinə dair” başlıqlı məqalələr işıqlanıb.
URL / WWW
http://kelam.az/article/a-3081.html