Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Aydın Mirzəzadə: “Nüfuzlu dövlətlər Azərbaycanın mövqeyini qəbul etməkdədirlər “
25.02.11 19:29

“Dünyanın bir sıra nüfuzlu dövlətlərinin öz vətəndaşlarına Ermənistanın işğalı altında olan torpaqlarımıza səfər etməmək barədə xəbərdarlığı yeni haldır. Bu fakt Azərbaycan diplomatiyasının növbəti uğurudur”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. A.Mirzəzadənin sözlərinə görə, bu proses gələcəkdə də davam edəcək. O bildirib ki, çox nüfuzlu dövlətlərin bu addımı Azərbaycanın mövqeyinin qəbul edilməsi deməkdir. “Son illər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlarda vəziyyəti obyektiv əks etdirən sənədlərin qəbul edilməsinə nail oluruq. İşğalçı Ermənistan isə çalışsa da, öz mövqeyinə uyğun sənədlər qəbul etdirə bilmir. Gələcəkdə belə mövqedə olan dövlətlərin sayının artmasına, Azərbaycanla bağlı həqiqətlərin daha geniş yayılacağına şübhə etmirəm. Hesab edirəm ki, bu prosesin kuliminasiya nöqtəsi Ermənistanın da öz vətəndaşlarına həmin Azərbaycan ərazilərinə səfər etməməsini tövsiyə etmək olacaq. Bu hadisələr münaqişənin həllini də sürətləndirə bilər”,-deyə komitə sədrinin müavini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3077.html