Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bu il Azərbaycanda Diffamasiya haqqında qanun qəbul oluna bilər
26.02.11 03:29

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənovla görüşdə bizə bildirildi ki, jurnalistlərin yazılarına görə cinayətə cəlb olunmaması-Diffamasiya haqqında qanun Azərbaycanda bu il qəbul oluna bilər. KƏLAMİNFO xəbər verir ki, bu barədə ölkəmizdə səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun direktoru xanım Alison Betel Mckenzi bildirib. Alison Betel Mckenzi Azərbaycanda müvafiq qurumlarla keçirdiyi görüşdən sonra belə qənaətə gəlib ki, ölkədə bu istiqamətdə ciddi addımlar atılır və yaxın aylarda həmin təklif ölkə parlamentinə təqdim olunacaq. “Biz Mətbuat Şurasında keçirdiyimiz görüşdə həmin qanunun bir nüsxəsinin bizə təqdim etmələrini xahiş etdik. Böyük ehtimalla onlar yaxın günlərdə o nüsxəni bizim Azərbaycandakı milli komitəyə təqdim edəcəklər. Biz onunla tanış olduqdan sonra yəqin ki, Azərbaycan tərəfinə bununla bağlı öz təkliflərimizi bildirəcəyik”,-deyə BMİ direktoru vurğulayıb. Qeyd edək ki, “Diffamasiya haqqında” qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupa millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir.
URL / WWW
http://kelam.az/article/a-3075.html