Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bu gün Əli bəy Hüseynzadənin 147 yaşı tamam olur
24.02.11 20:30

Bu gün XX əsrin tanınmış ədibi, filosof və ideoloqu Əli bəy Hüseynzadənin 147 yaşı tamam olur. KƏLAMİNFO xəbər verir ki, Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda anadan olub. Atası Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə anası Xədicə Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızıdır. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçüb. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyüyüb. Tiflis gimnaziyasını bitirib(1875-1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənib. 1885-ci ildə Peterburq universitetinin riyaziyyat fakültəsinə daxil olub. Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, “xalqçılar” hərəkatına rəğbət bəsləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır. Rusiyada baş verən qeyri-sabitlik səbəbindən Əli bəy Hüseynzadə Türkiyənin İstanbul şəhərinə gəlir. Burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində dərs almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq, müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O, burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və “İttihad və tərəqqi” partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur. Sovet İttifaqı qurulduqdan sonra mühacir həyatı yaşayan ədib 1940-cı ildə İstanbulda vəfat edib.
URL / WWW
http://kelam.az/article/a-3070.html